Rusiyanı çalxalayan xəyanət iddiası - Koordinatları ruslar veriblər

Ukrayna ordusunun Sevastopol şəhərinə raket hücumunun təşkili barədə iddialar irəli sürülüb.

Metbuat.az xəbər verir ki, 33 nəfərin öldüyü hücumun kəşfiyyat planlarını rus zabitlərin partizan dəstəsinə verdiyi iddia edilib. İddialara görə, rus zabitlər Ukraynaya məlumat sızdırmaqda ittiham olunublar. Rusiyalı zabitlərin bölgədə fəaliyyət göstərən anti-Rusiya hərbi partizan qrupuna pul qarşılığında məlumat çatdırdığı və hücumun məhz bu məlumat vasitəsilə həyata keçirildiyi iddia edilib. Məlumata görə, hücum zamanı Rusiyanın Qara Dəniz Donanmasının komandanı admiral Viktor Sokolov komandirlərlə döyüşlərin təşkili barədə iclas keçirirmiş.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müsahibələrində bağışlamayacağı tək şeyin xəyanət olduğunu bəyan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı