117 yaşlı qadın: Uzun yaşamağın sirri Allaha inanmaq və düzgün qidalanmaqdır - FOTO

Dünyanın ən yaşlı qadını sayılan 117 yaşlı Cicera Maria dos Santos ad gününü qeyd edib.

Metbuat.az xəbər verir ki, 1906-cı ildə anadan olduğunu deyən qadın Braziliyada yaşayır. Onun doğum tarixi “Ginnesin Rekordlar Kitabı” tərəfindən qəbul edilsə, o dünyanın ən yaşlı sakini olacaq. Hazırki rekord İspaniya əsilli 116 yaşlı Maria Branyasa Moreraya məxsusdur.

117 yaşlı Cicera Maria dos Santos ad gününü bacısı və yaxınları ilə birgə qeyd edib. Bacılar bildiriblər ki, uzun ömrün sirri Allaha inanmaq və düzgün qidalanmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı