Qattuzo bu klubla müqavilə imzalayır

Keçmiş futbolçu Cennaro Qattuzo məşqçilik karyerasında yeni macəraya başlayır.

Metbuat.az xəbər verir ki, o, "Marsel"in yeni baş məşqçisi olur. "Foot Mercato"nun xəbərinə görə, Cennaro Qattuzo "Marsel"lə hər məsələdə anlaşıb və müqavilə imzalanmaq üzrədir.

Qeyd edək ki, Cennaro Qattuzonun sonuncu iş yeri "Valensiya" olub. “Marsel” klubu bundan əvvəl Marselino ilə yollarını ayırıb və komandaya müvəqqəti olaraq köməkçi məşqçi Jak Abardonado gətirilib. Liqanın 6-cı həftəsinə qədər 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə 9 xal toplayan Marsel 8-ci pillədə qərarlaşıb. Sonuncu turda “Marsel” PSJ-yə 0-4 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR