Penaltini yerinə yetirmədi, vurduğu qola sevinmədi: "100 milyonluq böhran" - VİDEO

"Napoli"- "Udineze" matçında Viktor Osimhenin davranışları diqqət çəkib.

Metbuat.az xəbər verir ki, matçın 19-cu dəqiqəsində “Napoli” penalti qazanıb və Osimhen penaltini yerinə yetirməkdən imtina edib. Piotr Zielinski penaltini dəqiq yerinə yetirib. 39-cu dəqiqədə fərqlənən Osimhen qoldan sonra sevinməyib. “Napoli” matçda 4:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, “Bolonya” matçında Osimhen penalti zərbəsindən yararlana bilməyib. Ardınca o əvəzlənib. Bundan sonra isə “Napoli”nin tiktok hesabında futbolçu lağa qoyulub. Bu davranışlar isə Osimheni qəzəbləndirib. 100 milyon qiyməti olan futbolçunun klubdan ayrılmaq istədiyi deyilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı