Fransada itkin düşdüyü üçün axtarışa verilən 77 yaşlı qadının İtaliyaya getdiyi və orada istirahət etdiyi məlum olub.
Metbuat.az xəbər verir ki, Drome bölgəsində yaşayan təqaüdçü fransız qadının qızı anasından xəbər ala bilmədiyi üçün polisə məlumat verib. Polis qadın üçün axtarış verib. Qadının İsere bölgəsindəki digər evində axtarışa başlayan qruplar orada da qadının izinə rast gəlinməyib.
Lakin bundan sonra qadın qızına zəng edərək İtaliyaya tətilə getdiyini bildirib. Ana bildirib ki, vaxtı az olduğu üçün əşyalarını yığaraq İtaliyaya gedib və buna görə də qızına xəbər verməyib.