Canlı efirdə əlbəyaxa oldular - VİDEO

Pakistanın Ədalət Hərəkatı Partiyasından hüquqşünası Şer Əfzal Mərvatla Pakistan Müsəlman Liqası-Nəvaz senatının üzvü Əfnan Ullah Xan arasında canlı yayımda gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, Pakistanın “Express News” televiziyasında canlı yayımda iştirak edən rəsmilər əvvəlcə mübahisə ediblər. Canlı yayımda bir-birinə qarşı sərt açıqlamalar verən rəsmilər ardınca əlbəyaxa olublar. Studiyada olanlar tərəfləri ayıra biliblər. Şer Əfzal Mərvatdavadan sonra verdiyi açıqlamada Pakistanın keçmiş baş naziri İmran Xanı təhqir etdiyi və onu yəhudi agenti adlandırdığı üçün Xana sillə vurduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı