ABŞ Ukraynaya yardım ayırdı, respublikaçılar qarşı çıxdı - GƏRGİNLİK

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yeni yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Metbuat.az xəbər verir ki, məbləğ Müdafiə Nazirliyinin büdcəsindən ayrılıb. Sənədin lehinə 311 əleyhinə 117 səs verilib. Bildirilir ki, Pentaqonun 2024-cü il büdcəsinə Ukraynaya yardımın daxil edilməsi respublikaçılarla demokratlar arasında gərginliyə səbəb olub. Toplantıda Pentaqonun və Dövlət Departamentinin büdcələri də qəbul edilib.

ABŞ hökuməti Respublikaçılar və Demokratlar arasında büdcə mübahisəsinə görə bağlanmaq təhlükəsi ilə üzləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı