UEFA "Qarabağ"ın kapitanını təbrik etdi

UEFA "Qarabağ" klubunun kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

Metbuat.az-ın məlumatına görə, Avropa Liqasının rəsmi “X” hesabında bu gün 34 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Onun Ağdam təmsilçisinin əfsanəsi olduğu vurğulanıb.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR