Papikyan Rusiyadakı iclasa getmədi

Ermənistanın müdafiə naziri Suren Papikyan MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının Tula şəhərində keçirilən iclasına qatılmaq üçün Rusiyaya səfər etməyib.

Metbuat.az "News.am"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan açıqlayıb.

Qeyd edək ki, Rusiya Müdafilə Nazirliyi daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin bu gün Tulada keçirilən sözügedən iclasda iştirak edəcəyi barədə məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı