İranda Ronaldoya böyük sürpriz edildi - FOTO

Tez-tez pərəstişkarlarının hazırladığı heykəllər və büstlərlə gündəmə gələn Kriştiano Ronaldo üçün daha bir heykəl ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, Ronaldonun "Əl-Nəsr"lə İrana son səfəri zamanı heykəllə qarşılandığı məlum olub. Onun qaldığı otelin rəhbərliyi Ronaldonun heykəlini hazırlayıb. Lakin heykəlin Ronaldoya bənzəməməsi diqqəti çəkən detal olub.

Qeyd edək ki, Asiya Çempionlar Liqası çərçivəsində “Persepolis” klubu ilə qarşılaşan Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu İrana getmişdi. Heyətdə yer alan Ronaldo İranda böyük diqqət çəkdi və Tehranda minlərlə fanat tərəfindən qarşılandı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR