"Barselona" 16 yaşlı futbolçusu Lamin Yamalla yeni müqavilə imzalamaq üçün razılığa gəlib.
Metbuat.az xəbər verir ki, 16 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub. Müqavilədə futbolçunun təzminat məbləğinin 1 milyard avro olacağı qeyd edilib. İnsayder Fabrizio Romanonun məlumatına görə, futbolçunun 18 yaşı tamam olmadığı üçün tərəflər müqaviləni daha iki il yeniləyə bilir. Futbolçunun müqaviləsi 2024-cü ildə başa çatır.
Qeyd edək ki, bu mövsüm futbolçu 9 matçda iştirak edib, 2 qolun ötürməsini verib. Futbolçu Avropanın bir sıra aparıcı klublarının diqqətindədir.