DİM bu şəxslərə müraciət etdi

Oktyabrın 8-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

DİM-dən Metbuat.az-a bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı