"Roma"nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 7-ci turunda "Frozinone" üzərində qələbəni (2:0) şərh edib.
Metbuat.az xəbər verir ki, mütəxəssis çox vacib qələbə qazandıqlarını vurğulayıb:
"Bu oyunu qazanmaq üçün emosional balansınız olmalıdır. Bu münasibəti futbolçularıma da aşıladım. Düşünürəm ki, bu çətin anları hiss etmək təcrübəm oyunçulara çatmağıma kömək etdi. Rəqib qol imkanları yaradanda panikaya düşmədik.Bəziləri razılaşmaya bilər, amma İtaliya futbolu ən taktiki futboldur və buna görə də İtaliyada ən yaxşı məşqçilər var.Lukaku, Renato Sançes kimi onsuz da çox şey bilir. Ona görə də onlar daha tez uyğunlaşdılar, lakin hər kəsin özünə inam qazanmaq üçün vaxta və müsbət nəticələrə ehtiyacı var. Əgər matçda qalib gəlməsəydik, Kolizey partlayacaqdı".