Suriyada hərbi akademiyaya hücum - Onlarla ölü var

Suriyada Homs Hərbi Akademiyasının buraxılış mərasiminə PUA-nın hücumu nəticəsində ölənlərin sayı 100-ü keçib.

Metbuat.az xəbər verir ki, hücum mərasimə qatılan zabitlər ailələri ilə şəkil çəkdirərkən baş verib. 120-dən çox insan yaralanıb. Suriya rejimi hücumdan sonra 3 günlük milli matəm elan edib. Suriya rejimi ölənlər və yaralıların sayı barədə rəsmi açıqlama verməyib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Məlumata görə, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas da mərasimdə iştirak edib. Onun hücumdan bir neçə dəqiqə əvvəl mərasimi tərk etdiyi açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı