Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə görüşəcəklər

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib.

Metbuat.az Report.az-a istinadla xəbər verir ki, o, bu barədə Qranadada Aİ-nin qeyri-rəsmi sammiti başlamamışdan əvvəl məlumat verib.

“Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razılıq veriblər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik”, - Ş.Mişel vurğulayıb.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurasının rəhbəri, həmçinin Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirak etməyib. Danışıqlardan sonra Ş.Mişel Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşə dəvət edəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı