Putindən nüvə silahı barədə xəbərdarlıq

“Rusiyanın varlığı təhlükə altında olarsa, nüvə silahındadan istifadə edəcəyik”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Putin Beynəlxalq Valday Klubunun Soçidə keçirilən iclasında deyib:

“Rusiyanın müharibə doktrinasında Rusiyanın nüvə silahdan istifadə etməsinin iki mümkün səbəbi var. Birinci bizə qarşı nüvə silahın tətbiqi, yəni buna cavab olaraq ək-hücum. Bu silahlardan istifadənin ikinci səbəbi Rusiya dövlətinin varlığı üçün təhlükə ilə bağlıdır. Rusiyaya qarşı adi silahlardan istifadə edilsə belə, Rusiyanın bir dövlət olaraq varlığı təhlükə altında ola bilər. Düşünmürəm ki, sağlam düşüncəli və dürüst biri Rusiyaya qarşı nüvə silahından istifadə etməyi düşünsün”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR