Azərbaycanın 10 boksçusu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın 10 boksçusu Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Metbuat.az-ın Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, oktyabrın 8-də startı veriləcək yarış 6 gün davam edəcək.

Turnirdə baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), Şamil Əskərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) qüvvələrini sınayacaqlar.

Bu gün səfərə yollanan yığma oktyabrın 16-da Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa Kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri isə ayın 14-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı