Azərbaycanlı jurnalistin sualı sammitə damğa vurdu: Mişel deməyə söz tapmadı - VİDEO

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi İspaniyanın Qranada şəhərində jurnalistlərin suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, mətbuat konfransına qatılan İTV televiziyasının xəbər direktoru Fikrət Doluxanov Şarl Mişelə “Avropa İttifaqı Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 milyon azərbaycanlı haqqında 30 il niyə susdu və niyə indi Ermənistanın adından danışır? Avropa İttifaqının bundan sonra bitərəf vasitəçi ola biləcəyini düşünürsünüz?” sualını ünvanlandırıb. Şarl Mişel isə ilk sual qarşısında susub. Dili dolaşan Şarl Mişel ikinci suala cavab verib. Azərbaycanlı jurnalistin ilk sualını cavabsız qoyan Mişel deyib:

"Avropa İttifaqı qərəzsiz vasitəçidir. Çünki bizim gizli gündəmimiz yoxdur. Gündəmimiz aydındır. Bunlar regionda firavanlıq, sabitlik, təhlükəsizlik və proqnozlaşdırıla bilənlikdir. Vasitəçiliyə başladığımız gündən bu istiqamətdə xeyli irəliləyiş əldə etmişik. Biz məhbus mübadiləsi kimi konkret nəticələr əldə etmişik.Mina xəritələrinin mübadiləsi və sərhədlərin müəyyən edilməsi üçün yaradılmış birgə komissiyalar kimi konkret məsələlərdə irəliləyiş əldə etdik”.

Şarl Mişelin azərbaycanlı jurnalistin sualı qarşısında çətin vəziyyətə düşməsi Türkiyə mediasında da gündəm olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı