Balasanyanın gizləndiyi yer bəlli oldu

Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın Ermənistan ərazisində olması ilə bağlı erməni mənbələrinin yaydıqları xəbər doğrudur.

Merbuat.az musavat.com-a istinadən xəbər verir ki, Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib.

Məlumatı sayta verən mötəbər mənbənin rəyinə görə, Qarabağda hərbi cinayətlər törətmiş və əli dinc azərbaycanlıların qanına batmış rejim mənsubu harada olmasından asılı olmayaraq, Azərbaycan dövləti tərəfindən tapılacaq və öz cəzasına çatdırılacaq. Bu baxımdan Vitali Balasanyanın hazırda gizləndiyi Ermənistan o qədər də etibarlı bir yer sayılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı