İsrail Müdafiə Ordusunun artilleriyası Livan ərazisinə cavab zərbələri endirir.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Ordusunun artilleriyası hazırda Livanın bir neçə dəqiqə əvvəl İsrail ərazisinə atəş açılan ərazinə zərbələr endirir”, - deyə İsrail ordusunun “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki səhifəsində deyilir.
İsrail Ordusu bütün ssenarilərə hazır olduğunu və Silahlı Qüvvələrin İsrail Dövlətinin sakinlərinin təhlükəsizliyini qorumağa davam edəcəyini bəyan edib.