Rusiyadan HƏMASA "dəstək"

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrail və HƏMAS arasındakı müharibə ilə əlaqədar fövqəladə iclas keçirib.

Metbuata.az xəbər verir ki, iclasda birgə bəyanat üçün tələb olunan yekdilliyə nail olunmayıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini səfir Robert Vud bildirib ki, bir sıra ölkələr HƏMAS-ın hücumlarını pisləyib. Vud bütün üzvlərin qınama qərarı ilə razılaşmadığını bildirib. Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın da olduğu bildirilib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bildirib ki, ölkəsi hücumları pisləyib. “Mülki insanlara qarşı edilən bütün hücumları pisləyirik” deyən Nebenzia bildirib ki, Rusiyanın mesajı münaqişəni dərhal dayandırmaq, atəşkəsə nail olmaq və dayanmış əhəmiyyətli danışıqlara başlamaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı