Azərbaycanlı həkim yüksək maaşdan imtina edib Vətənə döndü - VİDEO

Almaniyada xəstəxanaların birində şöbə müdiri vəzifəsində çalışan ürək cərrahı Nicat İbrahimov 20 min avro civarında aldığı əmək haqqından imtina edərək Azərbaycana dönüb, bölgələrimizdən birində həkim kimi çalışacaq.

Metbuat.az xəbər verir ki, jurnalist Qənirə Ataş əslən Neftçaladan olan həkim Nicat İbrahimovdan müsahibə alıb. O, qərarını anidən verdiyini bildirib:

“1-2 ay əvvəl rastlaşdığım statistika məni təsirləndirdi. Statistikaya əsasən dünyada ürək xəstəliklərindən ölüm sayına görə Azərbaycan ikinci yerdə idi. Biz azərbaycanlı həkim olaraq, qərib ölkələrdə xarici vətəndaşları 100 yaşında belə müalicə edib həyata qaytarırıq, öz vətənimizdə isə gənc yaşlarda ölüm halları artır. Bu pik nöqtə oldu və ertəsi gün Azərbaycana gəlmək üçün ərizə yazıb işdən ayrıldım”.

Ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı