Podqoritsa, 4 iyun, AZƏRTAC
Monteneqronun Radio və Televiziya kanalının saytında “Cənub” qaz dəhlizi, Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər neft və qaz” sərgisi, ölkəmizin irimiqyaslı enerji layihələrinin fəal iştirakçısı olması ilə bağlı məqalə yerləşdirilib.
Sərgi ilə bağlı məlumat verilən məqalədə bildirilir ki, müxtəlif ölkələrin enerji sahəsində çalışan nümayəndələrinin böyük maraq göstərdiyi bu tədbir müvafiq sahədə ən önəmli sərgilərdən biri hesab olunur. Tədbirə 27 ölkədən 315 şirkətin təmsilçiləri qatılıblar. Yazıda Prezident İlham Əliyevin sərginin açılış mərasimindəki səsləndirdiyi fikirlərə də yer verilib.
Müəllif, həmçinin “Cənub” qaz dəhlizi, onun tərkib hissəsi olan TANAP və TAP layihələri barədə məlumat verir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa