ÇAXAL-ın briqadası əmr gözləyir - Qəzzaya hücum planı

İsrail ordusunun “Givati” briqadası Qəzza zolağına havadan, qurudan və dənizdən hücum etmək əmrini gözləyir.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bunu “Givati” briqadasının yanında olan “Skay Nyus”un redaktoru Debora Heyns deyib.

“Bu, döyüş qabiliyyətli briqadadır. Onlar əmr gələcəyi təqdirdə Qəzzaya getməyə hazırdırlar”, - Heyns bildirib.

Onun sözlərinə görə, briqadada HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra çağırılan çoxlu ehtiyatda olan hərbçi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı