“Əl-İttihad”ın futbolçusu Kərim Benzema Qəzza ilə bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, Kərim Benzema öz paylaşımında Qəzzada baş verən hadisələrə toxunaraq yazıb: “Bizim bütün dualarımız qadın və uşaqlara aman verməyən bu haqsız bombardmanların bir daha qurbanı olan Qəzzalılar üçündür”. Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. “Həmas”ın İsrailə və İsrailin cavab əməliyyatları nəticəsində yüzlərlə insan həlak olub.