İsveç Kralı Azərbaycan səfirini qəbul edib

İsveç Kralı XVI Qustav Azərbaycan səfiri Zaur Əhmədovu qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" hesabında bildirib:

"Əlahəzrət Kral və ülyahəzrət Kraliça, əlahəzrət vəliəhd şahzadə tərəfindən Kral Sarayında qəbul olunmaq şərəfinə nail oldum", - diplomat qeyd edib.

Səfir vurğulayıb ki, görüş zamanı o, inkişaf etməkdə olan Azərbaycan-İsveç münasibətləri haqqında qarşı tərəfi məlumatlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR