Mbappe imzanı atır - Söz verdi

PSJ Kilian Mbappenin klubdan pulsuz ayrılmasının qarşısını almaq üçün futbolçu ilə yeni danışıqlara bşalayır.

Metbuat.az xəbər verir ki, PSJ yeni müqaviləsində sərbəst qalma bəndinin məqbul səviyyədə olacağı qeyd edib. Müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub. Bildirilir ki, PSJ-nin bu həmləsi “Real Madrid”in Mbappeni pulsuz transfer etməsinə qarşıdır.

Qeyd edək ki, xarici KİV-lərdə Mbappenin klubla yeni müqavilə bağlaya biləcəyi barədə xəbərlər dərc edilmişdi. Məlumata görə, Mbappe PSJ-də qalıb-qalmaması ilə bağlı son qərarı nə vaxt verəcəyini planlaşdırıb.

İddia edilir ki, PSJ Mbappe ilə razılığa gəlib. O, qalmağı düşündüyünü etiraf edib və ayrılacağı təqdirdə PSJ-nin transfer haqqı alacağına söz verib. “L'Equipe” qəzetinin məlumatına görə, fransız superulduz son qərarını Çempionlar Liqasının finalından sonra verməyə hazırlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı