Bu bankın bütün bankomatlarının fəaliyyəti dayandırıldı

“Muğan Bank” ASC-nin ölkə üzrə bütün bankomatları oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırıb.

Metbuat.az Apa.az-a istinadən xəbər verir ki, pul vəsaitini hazırda digər banklara aid bankomatlar vasitəsilə nağdlaşdırmaq mümkündür.

Bankdan isə bildirilib ki, bankomatların fəaliyyətini dayandırması sistem yenilənməsinin aparılması ilə bağlıdır. Qeyd edilib ki, həftə sonundan etibarən bankomatlar yenidən fəaliyyətini bərpa edəcək.

Bankdan həmçinin əlavə edilib ki, yeni verilən qərarla təminatsız nağd pul kreditinin verilişi dayandırılıb. Kreditlər yalnız lombard krediti, mənzil təminatlı nağd kredit və pensiya krediti şəklində verilir. Mənzil təminatlı nağd kreditlər isə Bakı, Abşeron və Sumqayıtda yerləşən mənzillərə aid edilir.

Qeyd edək ki, 2023-cü ilin III rübü üzrə maliyyə hesabatına əsasən, “Muğan Bank”ın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 139 milyon 687 min manat azalıb. Belə ki, 2023-cü ilin yanvar ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 169 milyon 608 min manat təşkil edibsə, cari ilin oktyabr ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 29 milyon 921 min manata kimi azalıb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i Elmir Mehdiyevə məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı