Rusiya İsrailin hücumunu qınadı

Rusiya Xarici İşlər Nazirliyi İsrailin Qəzzada xəstəxanaya hücumunu qınayıb.

Metbuat.az xəbər verir ki, açıqlama deyilir ki, mülki insanlara qarşı zorakılıq qəbuledilməzdir. Bəyanatda həlak olanların ailələrinə, Fələstin xalqına və hökumətinə başsağlığı verilib.

Bəyanatda deyilir: “Biz bir daha münaqişə tərəflərini döyüş fəaliyyətlərini dərhal azaltmağa və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq. Biz Rusiyanın mülki şəxslərə qarşı zorakılığın bütün formalarının yolverilməzliyi ilə bağlı prinsipial mövqeyini bir daha bəyan edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı