Tütün məhsullarının idxalı 12% artıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 85 milyon 78 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.

Metbuat.az Dövlər Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% və ya 9.4 milyon dollar artıb. 2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 75 milyon 677 min dollar dəyərində tütün və tütün məhsulları idxal edilib.

    Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.67%-nə bərabər olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı