İsrail ordusu Qəzzaya daxil olmaq üçün “yaşıl işıq” alıb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail Təhlükəsizlik Şurasının üzvü Nir Barkat məlumat verib.
“Orduya yaşıl işıq verilib. İsrail hakimiyyəti qərar verib və orduya yaşıl işıq yandırıb”, - deyən nazir silahlı qüvvələrin hazır olduğu zaman əməliyyatlara başlayacaqlarını bildirib.