Bayden İsrail üçün fövqəladə büdcə tələb etdi

ABŞ Prezidenti Co Bayden İsrail və Ukrayna da daxil olmaqla müttəfiqlərini dəstəkləmək üçün Konqresdən "fövqəladə büdcə" tələb edəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Bayden Oval ofisdə xalqa müraciət edib. Bayden bildirib ki, o, Konqresdən tələb edəcəyi büdcə ilə ABŞ-ın İsrailə bağlılığını daha əvvəl görülməmiş şəkildə bir daha ortaya qoyacaq.

Konqresdən maliyyələşdirməsini tələb etdiyi təhlükəsizlik paketinin İsrailin hərbi üstünlüyünü gücləndirəcəyini qeyd edən Bayden, “Bölgədəki digər düşmən tərəflərin İsrailin hər zamankindən daha güclü olduğunu görmələrini və münaqişənin yayılmasının qarşısını almasını təmin edəcəyik. Bu, ağıllı sərmayədir. Nəsillər boyu Amerika təhlükəsizliyinə fayda verəcək” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı