"Qalatasaray"da uğurlu oyun nümayiş etdirən Abdülkerim Bardakcı yenidən Rusiya klublarının transfer hədəfindədir.
Metbuat.az xəbər verir ki, bundan əvvəl təklifləri rədd edilən Əbdülkerim Bardakcı üçün “Zenit”, “CSKA Moskva” və “Lokomotiv Moskva” nümayəndələrini göndərməyə hazırlaşır. “Fanatik” qəzetinin xəbərinə görə, 29 yaşlı müdafiəçinin uğurlu oyunu təkcə rus klublarının deyil, digər xarici klubların da diqqətini çəkib.
Lakin ruslar artıq transfer üçün hərəkətə keçib. Məlumata görə, “Qalatasaray” rəhbərliyi müdafiəçini mövsüm arasında buraxmaq istəmir. Rusların “Qalatasaray”a təklifinin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Abdülkerim Bardakcı təkcə Super Liqada deyil, Çempionlar Liqasında və milli komandanın heyətində də uğurlu oyun nümayiş etdirir.