"Tarqovı"da bu görüntülər müzakirəyə səbəb oldu - FOTO / AÇIQLAMA

Bakıda "Tarqovı" kimi tanınan Nizami küçəsində spirtli içki reklam edilməsi ilə bağlı görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntülər tənqid olunub.

Məsələ ilə bağlı sorğumuza cavab verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hüseyn Azəri bildirib ki, yayılan görüntülər videomontajdır:

"Görüntülər montajdır. Dövlət Reklam Agentliyi tərəfindən belə bir reklamın yayılmasına icazə verilmir. Qanunda da var ki, tündlüyü 5%-dən yuxarı olan içkilərin açıq məkanda reklamına icazə verilmir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı