Bu şəxslərin işi asanlaşacaq - Qanun dəyişdi, faizlər azaldılır

Bankdan kredit götürərkən əmlakın qiymətləndirilməsi daha dəqiq aparılacaq.

''Qiymətləndirmə fəaliyyəti haqqında'' yeni qanun layihəsi vətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı verəcək.

Bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.

İqtisadçı ekspert Xalid Kərimli də hesab edir ki, yeni qanun layihəsi vətəndaşların daha yüksək məbləğdə kredit götürməsinə imkan yaradacaq. Bu da sahibkarlar və biznes sahəsində çalışanların işini xeyli asanlaşdıracaq.

Millət vəkili Vüqar Bayramov deyir ki, yeni qanunun qəbulundan sonra banklardan kredit götürmək imkanlarının genişlənməsi ilə yanaşı, faizlərin də enəcəyi gözlənir.

Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib. Bu qanun əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR