Muslera davranışı ilə türklərin könlünü fəth etdi - FOTO

“Qalatasaray”-“Beşiktaş” qarşılaşması zamanı oyunun son dəqiqələrində qeydə alınan epizod Türkiyədə hələ də müzakirə olunur.

Metbuat.az xəbər verir ki, oyun zamanı qapı qarşısına ötürülən topu “Beşiktaş”ın futbolçusu Valentin Rozier sürüşərək qapıya vurmaq istəyib. Lakin futbolçu topa toxuna bilməyib. Bu zaman sürüşməyə davam edən futbolçu qapı dirəyi ilə toqquşma təhlükəsi ilə üzləşib. Epizoda reaksiya verən “Qalatasaray”ın qapıçısı Fernando Muslera Valentin Rozieri itəliyərək onun qapı dirəyinə çrıpılmasına mane olub. Qapıçının matçın gərgin anlarında etdiyi davranış təqdir edilib. Epizod xarici KİV-lərdə də nümayiş edilib.

Qeyd edək ki, oyun “Qalatasaray”ın 2-1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı