Deputatlar Sankt-Peterburqa gedəcəklər

Oktyabrın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlar Tamam Cəfərova və Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Milli Məclisdən Metbuat.az-a bildirilib ki, səfər çərçivəsində deputatlar MDB PA-nın Elm və təhsil, Mədəniyyət, informasiya turizm və idman, Hüquqi məsələlər daimi komissiyalarının iclaslarında, həmçinin beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin MDB regionunda inteqrasiya mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxışı nəzərdə tutulur.

Deputatların səfəri oktyabrın 28-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı