Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana gəlib.
Metbuat.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Azərbaycana “Mustafa Kamal Atatürk-2023” təlimini izləmək və ikitərəfli görüşlər keçirmək üçün gəlib.
Nazir Yaşar Güləri hava limanında Azərbaycanın ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıblar.