Müstəqil Fələstin dövləti qurulmalıdır - Rusiya

İsrail-Fələstin münaqişəsi ilə bağlı tezliklə atəşkəs əldə olunmalı və fələstinlilər üçün müstəqil dövlət qurulmalıdır.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə deyib. O bildirib ki, HƏMAS bütün girovları təcili olaraq azad etməlidir. Peskov, HƏMAS-ın əlində olan Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı bildirib ki, Moskva münaqişədə iştirak edən bütün tərəflərlə əlaqə saxlamaq üçün bütün imkanlardan istifadə edir.

"Rusiya tərəfinin münasibəti kifayət qədər uyğundur. Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə dilə gətirib. Biz terrorizmin bütün təzahürlərini qınayırıq və həlak olanların yaxınlarına başsağlığı veririk. Biz atəşkəs və problemin tezliklə həllini istəyirik və bunun əsasında fələstinlilər üçün müstəqil dövlətin təmin edilməsinin zəruri olduğuna inanırıq” – Peskov deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı