İsrail girovların azad edilməsi müqabilində HƏMAS-a atəşkəs təklif edib

İsrail Misir və Qətər səlahiyyətlilərinin vasitəçiliyi ilə HƏMAS hərəkatı ilə apardığı dolayı danışıqlar zamanı bütün girovların azad edilməsi və ölənlərin meyitlərinin qaytarılması qarşılığında atəşkəs yaratmağı təklif edib, amma təklif rədd edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, kanalın mənbələrinin bildirdiyinə görə, HƏMAS Qəzza zolağında saxlanılan girovların azad edilməsi məqsədilə danışıqların aparılması üçün şərt kimi uzunmüddətli barışıq tələb edib. İsrail hökuməti də barışıq tələbini rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı