Bu 3 bürc pula pul deməyəcək - Noyabrın ən şanslıları

Noyabr ayında şanslı olacaq bürclər məlum olub.

Metbuat.az-ın məlumatına görə, bu bürclər maddi qazanc əldə edib, yeni ilə cibidolu daxil olacaqlar. Planlı və çalışqan xarakterləri ilə tanınan Qız bürcünün uzun müddətdir üzərində çalışdıqları layihələri noyabr ayında bəhrəsini verəcək.

Xüsusən də bu ayın ortalarında kifayət qədər yüksək maliyyə qazancı əldə edə bilərlər. Ancaq bu qazancları qazanarkən tələsməməli və yaxşı planlaşdırmalıdırlar.

Noyabr ayı pulu və dəbdəbəli həyatı sevən Şirlər üçün maddi baxımdan müsbət olacaq. Ayın 8-də baş verəcək Ay tutulması xüsusilə Şir bürcləri üçün iş həyatında yeni qapılar açacaq. Bu dövrdə onlar karyeralarında mühüm addımlar ata bilərlər. Ancaq verdikləri qərarları diqqətlə dəyərləndirməlidirlər.

Dolçalar üçün noyabr ayı maliyyə baxımından çox yaxşı ay olacaq. Uzun müddətdir gözlədikləri maliyyə qazanclarını bu ay əldə edəcəklər. Xüsusilə borc-kredit münasibətlərində müsbət irəliləyişlər gözlənilir.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı