Terim fantastik təklifi qəbul etdi

"Qalatasaray"ın əfsanəsi Fatih Terimlə bağlı maraqlı iddia irəli sürülüb.

Metbuat.az Türkiyənin “Millet” qəzetinə istinadən xəbər verir ki, Fatih Terimin Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə anlaşdığı bildirilir. Məlumata görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəlib. Terimin illik 20 milyon avro məvacib alacağı qeyd edilib.

Qeyd edək ki, transfer dövründə "Əl-Əhli" rəhbərliyi Edouard Mendi, Riyad Mahrez, Allan Saint-Maximin, Frank Kessie, Roger İbanez, Merih Demiral və Qabri transferi üçün təxminən 200 milyon avro xərcləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı