Obyektinin sənədi olmayanlara SEVİNDİRİCİ XƏBƏR - VİDEO

Azərbaycanda irili-xırdalı 50 minə qədər sənədsiz qeyri-yaşayış obketləri mövcuddur. Dövlət başçısının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq bu günə kimi 5600 obyektin istismarı üçün müraciət olunub.

Metbuat.az xəbər verir ki, 2700 sənəd qəbul edilib və 2600-ə qədər müraciət istismara icazə verilməsi üçün portala yerləşdirilib.

Bakı, Sumqayıt və Abşeron rayonunun əhalisi üçün sənəd qəbulu Bakıda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin layihə instutlarında, regionlarda isə Gəncə, Yevlax, Xaçmaz, Salyan, Lənkəran və Qəbələdə yerləşən FHN-nin reginal mərkəzlərində aparılır.

Müraciətin qəbulu, portala yerləşdirilməsi və icraata başlanması üçün müraciət ərizəsi və istismar edilən okyektin layihəsinin təqdim edilməsi kifayətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı