Mbappe “Real”da bu nömrəli formanı geyinəcək - Peresdən sürpriz “hədiyyə”

"Real Madrid"in keçmiş qapıçısı Pako Buyo Kilian Mbappenin transferi barədə diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Pako Buyo iddia edib ki, “Real” gələn mövsüm üçün büdcəsinin əsas hissəsini Mbappe üçün ayırıb. Mbappenin “Real Madrid”ə transfer olacağını və hətta forma nömrəsinin də bəlli olduğunu bildirən Buyo ulduz futbolçunun 10 nömrəli formanı geyinəcəyini bildirib.

Qeyd edək ki, “Real Madrid”də 10 nömrəli formanı Luka Modriç geyinir. Modriçin mövsümün sonunda başqa kluba transfer olacağı gözlənilir. Digər tərəfdən, Mbappenin 10 nömrəli formanı geyməsi, Kərim Benzema komandadan ayrıldıqdan sonra 9 nömrəli mövqe hələ də boş qaldığından, “Real Madrid”in başqa hücumçu da ala biləcəyi iddialarına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR