“Neftçi” - “Zenit” matçına biletin qiyməti bəlli oldu

Noyabrın 18-də, saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Metbuat.az Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 3 (1B, 2A, 2B, 4A), 5 (3B), 10 (3A) və 20 (VIP) manat olan biletləri onlayn şəkildə iticket.az-dan əldə etmək olar.

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 3 manat) noyabrın 17-də (10:00-dan 18:00-dək) və 18-də (12:00-dan etibarən) satışda olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR