Bakıda inşa olunan yeni metronun yaxınlığında bu da olacaq

Bakının Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində inşa olunan "B04"metro stansiyasının tikintisi başa çatdıqda sonra həmin ərazidə 15min kvadratmetr yaşıllıq sahəsinin salınması planlaşdırılır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Bakı Metropoliteni QSC Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, yaxın zamanda "B04" stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq: "Həmin stansiyanın 2 çıxışının altına düşən yaşıllıqların köçürülməsi ilə bağlı layihə hazırlanıb. Metrostansiyasının tikintisi başa çatdıqdan sonra sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15 min kvadrat metr yaşıllıq sahəsinin salınması planlaşdırılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı