Birgə mətbuat konfransı olmadı - Tək qalması gündəm oldu

ABŞ-ın dövlət katibi Entoni Blinkenin xarici işlər naziri Hakan Fidanla görüşdükdən sonra hava limanında təkbaşına açıqlama verməsi dünya mediasında gündəm olub.

Metbuat.az xəbər verir ki, görüşdən əvvəl tərəflərin birgə mətbuat konfransı keçiriləcəyi deyilsə də, görüşdən sonra baş tutmayıb. Blinkenin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra hava limanında mətbuata açıqlama verib. Hakan Fidanın Blinkenlə birgə niyə mətbuat qarşısında çıxmaması barədə açıqlama verilməyib.

Qəzza ilə bağlı diplomatik fəaliyyətin davam etdiyini bildirən Blinken, "Biz buradakı dərin narahatlıqları bilirik. Qəzzada dəhşətli bədəli görürük. Fələstinlilərin və günahsız vətəndaşların ödədiyi bədəli görürük. Biz burada narahatlığı paylaşırıq və hər gün bu mövzuda çalışırıq. Biz israillilərlə əlaqə saxlayırıq. Onların ata biləcəkləri addımlardan danışdıq. Müharibənin bölgə ölkələrinə keçməsinin qarşısını almaq üçün çalışırıq. Region ölkələri bunun qarşısını almaq üçün böyük səylər göstərirlər” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı