Qazaxın 7 kəndi və Kərki ilə bağlı yeni xəbər - Nə zaman qaytarılacaq?

Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri anklav formada Ermənistan ərazisində qalan və işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır.

Coğrafi və strateji əhəmiyyəti olan bu kəndlərin Azərbaycananə vaxt qaytarılacağı ilə bağlı suala cavab verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, bu məsələ böyük ehtimalla delimitasiya prosesi çərçivəsində həll olunacaq. Ekspert deyir ki, həmin kəndlərimiz ilə bağlı Ermənistanın da Azərbaycana qarşı müəyyən iddiaları var:

TikTok-da orduya aid görüntü yayanlar həbs edilməlidir -

“Yəqin ki, biz 2023-сü ilin sonuna doğru sərhədlərin təyin edilməsi üzrə delimitasiya komissiyasının növbəti beşinci iclasında bu barədə yeni məlumatlar əldə edəcəyik.Tərəflər arasında digər ölkələrin iştirak olmadan Qazax istiqamətində baş tutan son iclasda bu istiqamətdə müəyyən razılıqlar əldə olunub. Rəsmi Bakı məsələnin həllində tələskənliyə yol vermədən iş aparır. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir. Düşünürəm ki, anklavlar, eksklavlar məsələsinin də həlli yaxın zamanda mümkün olacaqdır”.

Ədalət Verdiyev qeyd etdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə, o zaman silahlı birləşmələrini Azərbaycan torpaqlarından tam çıxarmalıdır:

“Bu gün Ermənistanın daha çox sülh müqaviləsi imzalamasına ehtiyacı var. Əgər Yerevan əvvəl olduğu kimi yenə də prosesləri uzatmaq, Azərbaycan tərəfinə qeyri-real məsələlərdən bəhs edib mövcud vəziyyəti uzatmağa çalışarsa təbii ki, o zaman artıq delimitasiya prosesi ilə bağlı baş nazirin müavini Baş nazirinin müavini Şahin Mustafayev deyil, Azərbaycan əsgəri danışacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı