Bu ölkədə koronavirusun yeni ştamı aşkarlandı

Ukraynanın Rovno vilayətində koronavirusun yeni növü olan Arcturus ştamına rast gəlinib.

Metbuat.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Koval bildirib.

O, yeni ştama neçə adamın yoluxduğunu açıqlamayıb. Yeni ştam Kraken ştamından 1,2 dəfə daha yoluxucudur.

Qeyd olunub ki, bu ştama yoluxanlarda yüksək hərarət, öskürək, boğaz ağrısı, əzələ zəifliyi müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR