Azərbaycanda yenidən zəlzələ oldu - YENİLƏNİB

Yerli vaxtla saat 11:09 -da İran ərazisində maqnitudası 4.7 olan daha bir zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

***

09:32

"İlkin məlumatlara əsasən Azərbaycanla İran sərhəddində zəlzələ qeydə alınıb".

Bu barədə Metbuat.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Qeyd edilib ki, 09:18-də baş verən zəlzələ sərhədd rayonlarında - Yardımlı, Lerik, Saatlı, Ağdamda hiss olunub.

    ***

    Lənkəranda zəlzələ olub.

    Metbuat.az xəbər verir ki, saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib.

    Yeraltı təkan təxminən 3-4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı